12 
Dek
2018
13:49
165
28
3052
Virtual karabakh

“Google” Trampı niyə “səfeh” hesab edir?

12 Dek, 2018
13:49
3052

“Google” Trampı niyə “səfeh” hesab edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkətinin baş direktoru Sundar Piçai “Google” axtarış sistemində ingilis dilində “idiot” (*-səfeh) sözünü daxil edən zaman avtomatik olaraq ABŞ prezidenti Donald Trampın şəkillərinin peyda olması məsələsinə aydınlıq gətirib.  

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, insident ABŞ Senatının Nümayəndələr Palatasının məhkəmə komitəsində keçirilən dinləmə zamanı baş verib.

Müvafiq sualı siyasətçi-demokrat Zoi Lonqfren səsləndirib:

“Şəkillər bölməsində “idiot” sözünü daxil etdikdə, Donald Trampın fotoşəkilləri peyda olacaq. Mən bunu elə indicə etdim. Niyə belə olur?”

S.Piçainin sözlərinə görə, axtarış sistemi şəkilləri açar sözlərlə əlaqələndirərək, 200-dən çox faktoru nəzərə alır. Bura populyarlıq, aktuallıq, yenilik kimi faktorlar daxildir.  

“Google” baş direktoru əmin edib ki, axtarış nəticələri avtomatik tənzimlənir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri