12 
Dek
2018
14:29
94
54
2530
Virtual karabakh

Mey hakimiyyətdən kənarlaşdırıla bilər

12 Dek, 2018
14:29
2530

Mey hakimiyyətdən kənarlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatları baş nazir Tereza Meyə etimadsızlıq səsverməsinin keçirilməsi üçün təşəbbüs irəli sürüb. Deputatlar baş nazirin Britaniyanın Avropa İttifaqında çıxma prosesinin (Brexit) yekunlaşması üçün lazımi addımlar atmadığını hesab edir.

Oxu.Az xəbər verir ki, “1922” komitəsinin sədri Qrem Bredi etimadsızlıq səsverməsinin keçirilməsi üçün tələb olunan ərizə sayının əldə olunduğunu bəyan edib.

Bununla əlaqədar dekabrın 12-də yerli vaxtla 18:00 dan 20:00-a kimi (Bakı vaxtı ilə 22:00-dan 24:00-a kimi) Ümumilər palatasında iclas keçiriləcək. Səslər dərhal hesablanacaq və axşam tez bir zamanda ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq”, - deyə Bredi bildirib.

Partiyanın nizamnaməsinə əsasən, etimadsızlıq səsverməsinin keçirilib-keçirilməməsi ilə bağlı (ilkin) səsvermə üçün parlamentdə təmsil olunan partiya üzvlərinin azı 15 faizinin, yəni 48 deputatın ərizə ilə müraciət etməsinə ehtiyac var. Sonradan bu ərizələrə “1922” komitəsi baxır və prosedurun işə salınıb-salınmayacağına qərar verir. Səsvermədə Mühafizəkarlar Partiyasından olan bütün parlamentarilər iştirak edir.

Qeyd edək ki, Meyin hakimiyyətdən getməsi üçün etimadsızlıq səsverməsində 158 deputat  britaniyalı baş nazirin əleyhinə səs verməlidir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri