12 
Dek
2018
14:55
37
101
2468
Virtual karabakh

Strasburqda etirazlara qadağa qoyuldu

12 Dek, 2018
14:55
2468

Strasburqda etirazlara qadağa qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Strasburqda mitinqlərin keçirilməsinə qadağa qoyulub. Bu qadağa ancaq Strasburq şəhərinə aid olacaq və Fransanın digər şəhərlərini əhatə etməyəcək. Bunu Fransa DİN-in dövlət katibi Loran Nunyes bildirib.

Oxu.Az “RİA Novosti”yə istinadən bildirir ki, çərşənbə günü axşam saatlarında Şərif Ş. adlı şəxs Strasburqda Milad bayramı ilə əlaqədar təşkil olunan yarmarkanın yaxınlığında insanlara atəş açıb.

Son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 13 nəfər isə yaralanıb. Cinayətkar polislə atışmada yaralansa da, taksiyə minərək qaçmağa müvəffəq olub.

L.Nunyes “France İnter” radiosunun efirində qadağaların Fransanın bütün ərazisində tətbiq edilib-edilməyəcəyi haqqındakı suala cavab verərək bildirib:

“Xeyr. Bu qadağa ancaq Strasburq şəhərinə aid edilir”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri