12 
Dek
2018
15:20
15
348
9882
Virtual karabakh

“Maşın Şou”da necə qonaq olmaq olar?

12 Dek, 2018
15:20
9882

“Maşın Şou”da necə qonaq olmaq olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq sabah, dekabrın 13-də saat 22:00-da ATV telekanalında “Maşın Şou. Hind Kinosu” start götürür. Yeni buraxılışda avtomobil uğrunda kimlərin mübarizə aparacağı bəlli olacaq.

“Maşın Şou”nun pərəstişkarı olduğunuz və şouda baş verənlərin canlı şahidi olmaq istədiyiniz təqdirdə kimə zəng etməli, hara müraciət etməlisiniz?

Oxu.Az MGP-yə istinadən xəbər verir ki, “Maşın Şou”nun qonağı olmaq çox asandır.

Şouda iştirak etmək istəyənlərin toplanma yeri “İçərişəhər” metrostansiyasının çıxışıdır. 20:00-da toplanma nöqtəsində olmaq vacibdir. Şou başlanan gündən başa çatan günə kimi qonaqların daşınması üçün xüsusi avtobus ayrılacaq. Qonaqlar tünd çalarlı geyimlərə üstünlük verməməlidirlər.

Daha ətraflı məlumatı +994 50 880 81 91 əlaqə nömrəsindən öyrənə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, “Maşın Şou. Hind Kinosu”nun çəkilişləri “Baku Crystal Hall”da keçiriləcək.

Cavid Osmanov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri