12 
Dek
2018
17:09
148
75
6832
Virtual karabakh

Gürcüstan parlamentində yumruq davası - VİDEO

12 Dek, 2018
17:09
6832

Gürcüstan parlamentində yumruq davası - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan parlamentində  “Milli hərəkat” partiyasının deputatı Nika Meliya ilə “Vətənpərvərlər alyansı”nın üzvü İrma İnaşvili arasında söz və yumruq davası yaşanıb.

Oxu.Az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, parlamentin plenar iclasında Nika Meliya prezident seçkilərinin ikinci mərhələsi haqqında danışarkən seçkilərin saxtalaşdırıldığını bildirib.

Ondan sonra sözü İrma İnaşvili alıb, lakin N.Meliya dəfələrlə onun sözünü kəsməyə cəhd edib ki, bu da deputatlar arasında qarşıdurmaya səbəb olub.

Parlamentin sədri İrakli Kobaxidze bir neçə dəfə deputatları sakitləşməyə çağırıb və Nika Meliyanı təlxəklik etməkdə günahlandırıb.

“Onlar məğlubiyyətlə barışa bilmirlər. Nika Meliya nə qədər təlxəklik edəcək axı? Milli hərəkatçılar acı məğlubiyyətlə barışa bilmirlər. Biz onları məğlub edəcəyimizi bildirmişdik. Budur “Milli hərəkatın” əsas siması”, - deyə İrakli Kobaxidze bildirib. 

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri