17 
Dek
2018
16:43
114
72
5312
Virtual karabakh

Minsk Rusiyaya görə xarici siyasətini dəyişəcək

17 Dek, 2018
16:43
5312

Minsk Rusiyaya görə xarici siyasətini dəyişəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Minsk Rusiyanın “vergi manevrləri”nə görə dövlətin xarici siyasətini təkrar formalaşdırmağa hazırdır.

Oxu.Az  BELTA agentliyinə istinadən xəbər verir ki, bunu 2019-cu ilin büdcə haqqında qanun layihəsi ilə tanış olan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, ölkə büdcəsində iri məbləğdə  - 400-500 milyon dollar civarında maliyyə çatışmazlığı var. 

“Ancaq biz müəyyən dərəcədə xarici və daxili siyasətimizi yenidən təşkil etməyə məcbur olacağıq, xüsusilə maliyyə məsələsində”, - deyə Belarus prezidenti bildirib.

Lukaşenko ölkə rəhbərliyinin bütün maliyyə problemlərini həll edəcəyinə əmin edərək, vətəndaşları narahat olmamağa çağırıb.

“Burada  - suveren, müstəqil Belarusda müəyyən edəcəyimiz istiqamətdə inkişaf etməyə davam edəcəyik”, -deyə Lukaşenko vurğulayıb.

2018-ci ilin yay aylarında Rusiya Dövlət Duması neft sektorunda vergi manevrinin tədricən başa çatdırılması haqqında qanun qəbul edib. Bununla əlaqədar Belarusa nəql olunan neft dünya qiymətləri ilə hesablanacaq. Həmin vaxt Lukaşenko Moskvanın bu addımından hiddətlənərək, onu ölkələrarasında inteqrasiya prosesini pozma cəhdi kimi qiymətləndirmişdi. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri