18 
Dek
2018
10:35
114
33
2256
Virtual karabakh

Maduro: Düşmənlərimin ürəyini qoparacam

18 Dek, 2018
10:35
2256

Maduro: Düşmənlərimin ürəyini qoparacam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduro “düşmənlərin” ölkəyə təcavüz edəcəyi təqdirdə onların “ürəklərini yerindən qoparacağına” söz verib.

Oxu.Az xəbər verir ki, Maduro bu bəyanatı xalq özünümüdafiə döyüşçüləri qarşısında etdiyi çıxışında səsləndirib.

Venesuela prezidenti düşmənin hərbi müdaxiləsindən sığortalanmaq üçün hər an irimiqyaslı hücuma hazır olmağın vacibliyini vurğulayıb. O, bununla belə Venesuelanın “sülh tərəfdarı” olduğunu diqqətə çatdırıb.

Maduro Kolumbiya prezidenti İvan Dukenin “bostanına daş ataraq”, Venesuelada düşmənçi “aksiyalar”ın hazırlanmasına görə şəxsən onun cavabdehlik daşıdığını söyləyib. Maduronun fikrincə, Duke Venesuelaya nifrət bəsləyir.

Xatırladaq ki, bundan əvvəl Maduro ABŞ-ın Venesuelada dövlət çevrilişi həyata keçirməyi planlaşdırdığını vurğulamışdı.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri