19 
Dek
2018
20:53
510
41
11566
Virtual karabakh

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı - YENİLƏNİB

19 Dek, 2018
20:53
11566

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanılıb.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

“İŞİD üzərindəki qələbələr qlobal koalisiyanın fəaliyyətinin yaxud kampaniyasının başa çatması demək deyil. Biz bu kampaniyanın növbəti mərhələsinə keçməklə, ABŞ qoşunlarının evə qaytarılmasına başlamışıq”, - deyə o vurğulayıb.

18.15

ABŞ Suriya ərazisindən bütün hərbçilərinin çıxarılmasını planlaşdırır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri amerikalı məmurlara istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır.

Nəşr yazır ki, əgər qərar qəbul edilsə, bu, Suriyada azad edilmiş ərazilərə terrorçuların qayıtmağının qarşısını almaq üçün ABŞ hakimiyyətinin bu ölkədə hərbi kontingentin saxlanılmasına dair planına ziddir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdir ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri