22 
Dek
2018
14:00
351
46
14885
Virtual karabakh

ABŞ aviadaşıyıcısı Fars körfəzinə girdi, İran raket atdı

22 Dek, 2018
14:00
14885

ABŞ aviadaşıyıcısı Fars körfəzinə girdi, İran raket atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran körfəzində ABŞ aviadaşıyıcı qrupunun yaxın çevrəsində üzən İran hərbi dəniz donanmasına aid gəmilərdən raket buraxılıb.

Oxu.Az-ın xəbərinə görə, bu haqda “Associated Press” (AP) məlumat yayıb

Bildirilir ki, bundan başqa İran gəmilərindən birindən “qeyri-hərbi dron” havaya qaldırılıb və onunla ABŞ gəmi qrupunun səmadan görüntüsü çəkilib.

 “USS John C. Stennis” aviadaşıyıcısının başçılıq etdiyi hərbi gəmi qrupu İran körfəzinin sularına daxil olar-olmaz, İnqilab Keşikçilər korpusunun 30 gəmisi tərəfindən təqib olunmağa başlayıb.

Aviadaşıyıcı zərbəçi qrupa “Con Stennis”lə yanaşı “USS Mobile Bay” raket kreyseri, “USS Decatur” və “USS Mitcher” raket esminesləri və zərbəçi sualtı atom qayığı daxildir.

Aviadaşıyıcı qrupun iki ay ərzində Yaxın Şərqdə olacağı bildirilir.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ hərbi donanmasına aid gəmi qrupunun İran körfəzinə daxil olmasında başlıca məqsəd Tehrana Amerikanın gücünü göstərməkdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri