22 
Dek
2018
13:44
168
24
7666
Virtual karabakh

Tramp - Ərdoğan danışıqlarının təfsilatları məlum oldu

22 Dek, 2018
13:44
7666

Tramp - Ərdoğan danışıqlarının təfsilatları məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti  Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla etdiyi söhbətdə, ABŞ hökumətinin hansı məqsədlə kürd döyüşçülərə dəstək olduğunu anlaya bilmədiyini deyib.

Oxu.Az xəbər verir ki, bu haqda “The Washington Post” məlumat yayıb.

Ərdoğan qeyd edib ki, amerikalı həmkarı İŞİD qruplaşmasının məğlub edildiyini vurğulayıb. Türkiyəli dövlət başçısı eyni zamanda nə üçün iki minə yaxın amerikalı hərbçinin hələ də regionda qaldığını öyrənməyə çalışıb.

“Bilirsən nə var? Təhvil al. Mən çıxıram”, - deyə Tramp söyləyib.

Söhbətin təfsilatlarını ABŞ prezident administrasiyasının bir neçə əməkdaşı da təsdiqləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri