24 
Dek
2018
12:35
417
21
5376
Virtual karabakh

Tramp: Ərdoğan İŞİD-in kökünü kəsəcək

24 Dek, 2018
12:35
5376

Tramp: Ərdoğan İŞİD-in kökünü kəsəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ABŞ prezidentini əmin edib ki, Suriyada İŞİD qalıqlarını tamamilə məhv edəcək.

Oxu.Az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Ərdoğan İŞİD-dən qalan nə varsa, “kökündən kəsmək” niyyətində olduğunu açıqlayıb.

“O, bunu etməyə qadir olan insandır. Üstəlik, Türkiyə birbaşa Suriyanın qonşuluğunda yerləşir. Bizim hərbçilər evə qayıdır”, - deyə Tramp yazıb.

Xatırladaq ki, dekabrın 19-da Ağ Ev rəhbəri Donald Tramp ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılacağını elan etmişdi. Prosesin 60-100 gün çəkəcəyi güman edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri