Yan
2019
11:44
108
846
26496
Virtual karabakh

Rusiyada partlayış: 38 ölü - YENİLƏNİB + VİDEO

3 Yan, 2019
11:44
26496

Rusiyada partlayış: 38 ölü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Maqnitqorsk şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 38-ə çatıb. 

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, üç nəfərin taleyi məlum deyil.

Yayılan məlumatda qeyd edilib ki, ölənlərdən 22 nəfərin şəxsiyyəti dəqiqləşdirilib. 

Bundan başqa, ölən şəxslərdən yeddisinin hər birinin ailəsinə dövlət tərəfindən 1 milyon rubl (24 500 AZN - red.) birdəfəlik maddi yardım göstəriləcək.

08:16

Rusiyanın Maqnitqorsk şəhərində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan qurbanların sayı 37 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu haqda TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“İki qadın və bir kişinin meyiti çıxarılıb. Ölənlərin sayı 37 nəfər təşkil edir”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Dörd sakinin aqibəti barədə hələ də məlumat yoxdur.

00:53

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 32 nəfərə çatıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, dağıntılar altında qalan doqquz nəfərin taleyi məlum deyil. 

21:42

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 26 nəfərə çatıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından qadın və kişi meyiti çıxarıblar.

16:24

Dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumatına görə, 21 nəfərin taleyi hələ də məlum deyil, evin dağıntıları altında isə beş uşaq qalır.

13:25

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri