Yan
2019
12:37
27
207
8413
Virtual karabakh

Moskvanı qana bulayan erməni terrorçuları - QANLI 8 YANVAR

9 Yan, 2019
12:37
8413

Moskvanı qana bulayan erməni terrorçuları - QANLI 8 YANVAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanlı və bəşəri cinayət sayılan terrorçuluq ermənilərin, erməniliyin mahiyyətindədir.

Hələ XIX əsrin sonları - XX əsrin əvvəllərindən erməni daşnakları, terror təşkilatları - “Armenakan”, “Hnçak” və digərləri Türkiyədə, o cümlədən, Azərbaycanda, dünyanın müxtəlif ölkələrində türklərə, azərbaycanlılara qarşı mütəmadi terrorçuluq fəaliyyəti həyata keçirib, qanlı cinayətlərə imza atıblar.

Onlar bu istiqamətdəki qanlı və cinayətkar əməllərini sonrakı dövrlərdə də mərhələ-mərhələ davam etdiriblər ki, bu yerdə bu faktı mütləq qeyd etmək lazımdır.

Ermənilərin də yaxından iştirakı ilə 1920-ci ilin qara 28 aprel tarixində Azərbaycanın ikinci dəfə Rusiya, sovetlər və bolşeviklər tərəfindən işğalından sonra Cümhuriyyət qurucularından bəziləri erməni terror aktlarının qurbanına çevriliblər.

Belə ki, Cümhuriyyət qurucularından olan Fətəli xan Xoyski 28 aprel işğalından sonra məcburən Tiflisə köçməli olur, lakin onun oradakı həyatı faciəli sonluqla bitir. 1920-ci ilin 19 iyun tarixində terrorçu “Daşnaksütyun”un üzvləri, qanlı qatillər Aram Erkanyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilir.

Bununla yanaşı, erməni terrorçularının ötən əsrin sonlarına yaxın bir neçə ölkədəki türk diplomatlara qarşı törətdikləri terror aktları da onların gizlədə bilmədikləri qanlı faktlar sırasındadır.

Konkret olaraq, 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırımı”nın intiqamçıları” adlı terror qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada bir neçə türk diplomatını qətlə yetirir.

1988-ci ilin yanvar ayının sonları-fevral ayının əvvəllərindən başlanan növbəti erməni separatizmi, Qarabağ hadisələri nəticəsində (ötən 31 il ərzində) ermənilər tərəfindən törədilən terror aktlarının sayına gəlincə, bir deyil, iki deyil, onlarladır...

Ümumiyyətlə, erməni terrorçularının, erməni terror təşkilatlarının bütün dövrlərdə və dövlətlərdə dinc insanlara qarşı törətdikləri qətliamlar haqqında çox yazılıb, çox deyilib. 

Maraqlıdır ki, onlar bu əməllərindən hamının qapalı məkan hesab etdiyi keçmiş SSRİ ərazisində və dönəmində belə əl çəkməyiblər. Belə qanlı hadisələrdən birini isə gözləri qızmış erməni terrorçuları düz 42 il öncə, 1977-ci ildә Moskva şəhərində, sovetlərin göbəyində törədibilər. 

Konkret olaraq, 1977-ci ilin yanvar ayının 8-dә bir-birinin ardınca Moskvanın müxtәlif yerlәrindә quraşdırdıqları bombaları işə salaraq, partlayışlar, qanlı terror aktları törədiblər.

İlk olaraq saat 17:33-dә Moskva metrosunun “İzmaylov” vә “Pervomaysk” stansiyaları arasında, ardından 18:05-dә Bauman rayonundakı 125 saylı vә 18:10-da Oktyabr inqilabının 25 illiyi adına küçədәki 5 saylı әrzaq dükanında partlayışlar baş verib ki, o zamanlar rәsmi orqanlar yeddi nәfәrin öldüyü, 37 adamın yaralandığı barәdә mәlumat veriblәr.

Düzdür, bir neçə gün sonra cinayәtkarların kimliyi bәlli olsa da, maraqlıdır ki, Moskvanı qana çalxayan üç nәfәr ermәni terrorçusunun - Stepan Zatikyan, Akop Stepanyan Zaven Bağdasaryanın һazırladıqları, һәyata keçirdiklәri bu terror aktı barәdә ölkәnin rәsmi qәzetlәri geniş açıqlama verməyiblәr.

Yenə də Moskvadakı, Kremldəki “erməni barmağı” bu məsələnin, qanlı hadisənin ört-basdır edilməsinə nail olub.

Bununla belə, Stepan Zatikyanın Ermәnistanın Birlәşmiş Milli Partiyası adlı tәşkilat yaratması artıq hadisənin sәbәblәrinә müəyyən qәdәr aydınlıq gәtirir. Proqramında Türkiyәnin әrazisi һesabına Ermәnistanın genişlәnmәsi vә SSRİ-dәn çıxmaq kimi müddəlar nәzәrdә tutan tәşkilatın rәһbәri Zatikyan mәһkәmәdәki çıxışında da ürəyindən keçənləri açıq şəkildə dilә gәtirib: 

“Başqalarına deyin ki, bizә qalan yalnız qisas, qisas, bir dә qisasdır!”

İki ildәn artıq uzanan qapalı mәһkәmә prosesindә һökm 1979-cu il yanvar ayının 24-dә oxunub.

Stepan Zatikyan, Akop Stepanyan və Zaven Bağdasaryan barәsindә ölüm һökmü çıxarılır.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri