11 
Yan
2019
10:12
24
189
3929
Virtual karabakh

Avropada qar 17 can aldı - VİDEO

11 Yan, 2019
10:12
3929

Avropada qar 17 can aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada güclü qar yağması nəticəsində ölənlərin sayı 17-yə çatıb. 

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, təxminən iki min insan güclü qar səbəbindən evlərindən çıxa bilmir. 

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü qar davam edəcək. Bəzi rayonlarda qarın hündürlüyü üç metrə çatıb.

Avropanın cənub-şərqində və Avstriyanın böyük hissəsində təhlükəli vəziyyət qalmaqdadır. Almaniyada skeleton üzrə Avropa çempionatı təxirə salınıb. Avstriyada bir çox dağ xizəyi kurortları qar uçqunu təhlükəsi səbəbindən bağlanıb, bəzilərindən isə turistlər təxliyyə edilib. 

Yardım təkcə insanlara lazım olmur. Avstriyada maşinist dağ keçisinə yardım etmək üçün qatarı dayandırıb. O, qarda hərəkətsiz qalan heyvana kömək edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri