11 
Yan
2019
11:14
10
155
6704
Virtual karabakh

Türkmənistan prezidenti xəbərlərdə neçə dəfə xatırlanır? - VİDEO

11 Yan, 2019
11:14
6704

Türkmənistan prezidenti xəbərlərdə neçə dəfə xatırlanır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsində yerli telekanalların əsas simasıdır. “Arxadağı” (himayəçi, havadar - red.) bütün süjetlərdə, hətta prezident və ya hakimiyyət orqanlarının işinə aid olmayan süjetlərdə belə yalnız müsbət kontekstdə təqdim edirlər.

Oxu.Az xəbər verir ki, “Nastoyaşeye Vremya” telekanalının jurnalistləri milli telekanalda gündəlik olaraq yayımlanan axşam proqramını nəzərdən keçirib.

Veriliş yarım saat davam edir. Qeydlər aparan jurnalistlər 30 dəqiqəlik yayım ərzində prezident Berdiməhəmmədovun portretinin 52 dəfə nümayiş olunduğunu müəyyən edib. Dövlət başçısı 34 dəfə xatırlanıb; birbaşa və ya dolayı yolla onun adı və ya vəzifəsindən söz açılıb.

İlk xatırlama verilişin artıq 90-cı saniyəsində qeydə alınıb:

“Bu, bizim hörmətli prezidentin sayəsində baş verib”, - deyə diktor vurğulayıb.

İlk üçdəqiqəlik blokun sonuna kimi Berdiməhəmmədovun adı iki dəfə də xatırlanıb: “bizim hörmətli prezidentin strategiyasına əsasən” və “bizim dövlət başçısının sayəsində”, deyə diktor ölkənin növbəti nailiyyətlərindən söz açıb.

Səkkizinci dəqiqədən sonra, veriliş yenidən Türkmənistan xəbərləri ilə davam edib və Berdiməhəmmədova istinad və xatırlamalar daha müntəzəm xarakter alıb.

“Bizim hörmətli prezident”, “bizim milli lider”, “hörmətli prezidentimizin rəhbərliyi altında baş verən dəyişikliklər hesabına”, “dövlət başçımızın rəhbərliyi altında”, “Bizim “Arxadağın” humanist siyasəti”, “bizim qəhrəman “Arxadağa” sonsuz dərəcədə minnətdar olduqlarını ifa etdilər”, “bizim səxavətli Himayədar”, “bizim qəhrəman Himayədarımız”, “bizim hörmətli prezidentin uzaqgörən siyasətinin nəticəsi”, “hörmətli prezidentimizin xalqın rifahi üçün apardığı böyük islahatlar”, “hörmətli prezidentimizin böyük tədbirləri”, “ümummilli liderin xalq naminə göstərdiyi xidmətlər”. Jurnalistlərin sözlərinə görə, bu Q.Berdiməhəmmədovla bağlı xatırlamaların tam məcmusu deyil.

Verilişin sonuna yaxın daha bəlağətli ifadələr eşidilib:

“Tədbir “Yeni ildə qəlblər yumşalır, ürəklər “Arxadağa” tərif deyir” şüarı altında keçirilib”, - deyə diktor Türkmənistanda keçirilən festivallardan biri haqqında məlumat verib.

“Müdrik liderin gördüyü böyük işlər bütün dünyaya səs salıb”, - deyə bu tərzdə mədhlər davam edib:

“Bəxtəvər xalqı “Arxadağın” mirvari zəkası işıqlandırır”

“bizim hörmətli prezidentin sevimli xalqına bəxş etdiyi səadət dövrü”

“Arxadağın nurlu yolunun davamı”.

Qeyd edək ki, Türkmənistan milli telekanalı xəbərlərlə yanaşı, Berdiməhəmmədovun həyatının az qala bütün aspektlərini işıqlandırır: onun avtomobil yarışlarında iştirakı, idman nailiyyətləri, at belində gəzintiləri, müxtəlif təntənəli tədbirlərdə mahnı ifa etməsi və s. haqqında süjetlər.

Türkmənbaşı ixtisasca həkimdir. Uzun müddət səhiyyə naziri və sabiq prezident Səfərmurad Niyazovun şəxsi həkimi olub. Onun ölümündən sonra 80 faizdən çox səslə Türkmənistan prezidenti seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri