11 
Yan
2019
14:41
50
64
1876
Virtual karabakh

Almaniyanın beş şəhərində bomba həyəcanı

11 Yan, 2019
14:41
1876

Almaniyanın beş şəhərində bomba həyəcanı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın müxtəlif şəhərlərində yerləşən beş məhkəmə binası bomba həyəcanı ilə əlaqədar boşaldılıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Hannoversche Allgemeine” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, naməlum şəxs və ya şəxslər Kil, Erfurt, Maqdeburq, Visbaden və Potsdam şəhərlərinin məhkəmə binalarında partlayışın törədiləcəyi ilə bağlı xəbər verib. Elektron poçtla göndərilmiş anonim məktubun oxunmasından sonra polis təcili olaraq həmin binalarda olan insanları təxliyyə edib, binalar təhlükəsiz məsafədən mühasirəyə alınıb.

Hazırda məhkəmə binasının otaqlarında mühəndis-istehkam bölüyünün mütəxəssisləri axtarış aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri