11 
Yan
2019
15:15
13
229
2533
Virtual karabakh

Gürcüstanda “donuz qripi”ndən daha bir nəfər öldü

11 Yan, 2019
15:15
2533

Gürcüstanda “donuz qripi”ndən daha bir nəfər öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda “donuz qripi” virusundan daha bir xəstə dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, yanvarın 11-də “Rustavi-2” televiziya kanalı məlumat yayıb ki, Çoxatauridən olan 28 yaşlı gənc vəziyyəti pisləşdikdən sonra Kutaisiyə çatdırılıb.

Xəstəyə doqquz gün süni nəfəs verilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən gəncin atası jurnalistlərə bildirib ki, oğlu xroniki epilepsiyadan əziyyət çəkirmiş ki, bu da onun səhhətinə pis təsir göstərib.

H1N1 virusunun yayılması səbəbindən İaşvili adına Tbilisi mərkəzi uşaq xəstəxanasının direktoru İvane Çxaidze xüsusi mətbuat konfransı təşkil edərək bildirib ki, hazırda xəstəliklə bağlı xəstəxanaya müraciət edənlərin sayı azalır.

Onun məlumatına görə, 11 yanvar tarixinə klinikada “donuz qripi”ndən müalicə alanları sayı 63 nəfərdir, onlardan üçünün vəziyyəti ağırdır və onlar kritik tibb departamentinə yerləşdiriliblər.

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artıq 14 nəfərə çatıb.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri