12 
Yan
2019
09:18
42
433
4460
Virtual karabakh

İsrail Suriyanı bombaladı

12 Yan, 2019
09:18
4460

İsrail Suriyanı bombaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Hava hücumundan müdafiə qüvvələri Dəməşq yaxınlığında İsrailin aviazərbələrini dəf edib.

Oxu.Az-ın xəbərinə görə, bu haqda SANA agentliyi məlumat yayıb.

Suriya HHM sistemi səkkiz İsrail raketini havada zərərsizləşdirib. Buna baxmayaraq, bəzi raketlərin hədəfinə çatdığını bildirilir.

Aviazərbələr nəticəsində Dəməşq aeroportu yaxınlığında yerləşən anbarlara ziyan dəydiyi qeyd olunur. Ancaq bu paytaxtın hava nəqliyyatına heç bir təsir göstərməyib.

Bildirilir ki, aviazərbələr Livanla sərhəddə yerləşən Şimali Qalileya  bölgəsi tərəfdən endirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri