12 
Yan
2019
10:43
54
97
8188
Virtual karabakh

Tramp Meksika divarının şəklini paylaşdı - FOTO

12 Yan, 2019
10:43
8188

Tramp Meksika divarının şəklini paylaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində Meksika ilə sərhəddə inşa olunan divarın şəklini paylaşıb.  

Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri seçkilərdən öncə verdiyi sözləri, əməldə də yerinə yetirdiyini vurğulayıb.

“Yalançı KİV-lər hər zaman yazır ki, guya biz heç bir YENİ DİVAR inşa etməmişik. Aşağıdakı fotoşəkildə yalnız divarın tikintisinin baş çatmış hissəsi göstərilib. Çox hündür, etibarlı və gözəldir”, - deyə Tramp bildirib.

Bundan əvvəl, ABŞ mətbuatında divarın konstruksiya nümunələrinin aşağı keyfiyyətli olduğu haqqında məlumat yayılmışdı. İddiaya görə konstruksiya kifayət qədər etibarlı deyil və onun detallarını mişarla belə kəsmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri