12 
Yan
2019
16:40
92
321
4748
Virtual karabakh

İvanka Tramp Ümumdünya Bankına rəhbərlik edə bilər

12 Yan, 2019
16:40
4748

İvanka Tramp Ümumdünya Bankına rəhbərlik edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Ümumdünya Bankına rəhbər vəzifəsinə namizəddir.

Oxu.Az xəbər verir ki, bu haqda “Financial Times” məlumat verir.

1 fevral tarixindən etibarən Ümumdünya Bankının prezidenti Cim En Kim istefaya gedir və müvəqqəti olaraq onun səlahiyyətlərini direktor Kristalina Georgiyeva icra edəcək. Bank yeni rəhbərin namizədliyinə dair müzakirələri fevralın ortalarına qədər yekunlaşdırmağı və təşkilatın rəhbərini aprelin ortasına qədər təsdiq etməyi planlaşdırır.

Nəşrin məlumatına əsasən, bu vəzifəyə namizədlər arasında – İvanka Tramp, Nikki Heyli, ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Mellas və ABŞ beynəlxalq inkişaf agentliyinin rəhbəri Mark Qrin vardır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri