12 
Yan
2019
14:42
504
31
6352
Virtual karabakh

Yerevanda etirazçılarla polis arasında toqquşma - VİDEO

12 Yan, 2019
14:42
6352

Yerevanda etirazçılarla polis arasında toqquşma - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın paytaxtı Yerevanda sabiq deputat, ehtiyatda olan general Manvel Qriqoryanın azadlığa buraxılmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

Oxu.Az News.am portalına istinadən xəbər verir ki, nümayiş iştirakçıları Yerevan aeroportuna gedən yolları bağlayıblar. 

Şəhər polisi etirazçılara qarşı güc tətbiq edərək, yolu açmağa çalışıb. Bu zaman polislərlə etirazçılar arasında toqquşmalar baş verib. 

Xatırladaq ki, qanunsuz silah saxlamaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Qriqoryan 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram (486 min dollar - red.) qarşılığında azadlığa buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri