16 
Yan
2019
09:40
100
22
2550
Virtual karabakh

Rusiya AŞPA-nın üzvlük haqqını ödəməkdən imtina etdi

16 Yan, 2019
09:40
2550

Rusiya AŞPA-nın üzvlük haqqını ödəməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya 2019-cu ildə Avropa Şurasına üzvlük haqqını ödəməyəcək.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy açıqlama verib.

“Rusiya baxmayacağı filmə görə bilet almayacaq, ona görə də iştirak etmədiyinə görə ödəniş edən deyil”, - deyə Tolstoy brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməməsinin fəsadları iqtisadi fəsadlardan daha dərindir və təşkilata “zərər” vurur.

Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, rəsmi Moskvanı AŞPA-nın Rusiya nümayəndə heyətinin təşkilata qaytarılması üçün atdığı addımlar qane etmir.

Xatırladaq ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında beynəlxalq hüquq normalarının pozulması əsası ilə (Krımın Rusiyaya ilhaq edilməsinə görə) təşkilatda səsvermə hüququndan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri