16 
Yan
2019
14:48
82
23
2913
Virtual karabakh

Lavrov Putin-Ərdoğan görüşünün detallarını açıqladı

16 Yan, 2019
14:48
2913

Lavrov Putin-Ərdoğan görüşünün detallarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında keçiriləcək görüş barədə danışıb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında planlaşdırılan görüşün təfsilatlarına toxunub.

Rusiyalı ali diplomatın sözlərinə görə, dövlət başçıları, əsasən, Suriyanın şimalında 20 millik bufer zonasının yaradılması məsələsini müzakirə edəcək.

“Bu və digər məsələlər, əlbəttə ki, prezident Ərdoğanın prezident Putinlə danışıqların növbəti mərhələsində iştirakı üçün gəlişindən sonra müzakirə olunacaq”, - deyə Lavrov bildirib.

Danışıqlar yanvarın 23-ə planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri