16 
Yan
2019
14:40
302
33
14405
Virtual karabakh

Erməni deputatlar bir-birini Azərbaycanpərəstlikdə ittiham etdi - VİDEO

16 Yan, 2019
14:40
14405

Erməni deputatlar bir-birini Azərbaycanpərəstlikdə ittiham etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün yeni seçilmiş Ermənistan parlamenti birinci sessiyanın işini davam etdirib. İclas insidentsiz ötüşməyib: parlamentdə tribunadan çıxış edən “Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyanla “İşıqlı Ermənistan” partiyasının deputatları arasında söz atışması baş verib.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Abovyan “İşıqlı Ermənistan” partiyasından olan deputat Arman Babacanyana onu həmişə tribunadan Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyanın ünvanına böhtan atmağa nəyin məcbur etdiyi haqqında sual verib.

“Sizin səsləndirdiyiniz tezislər Azərbaycan tərəfindən informasiya meydanına atılıb. Sizi neoazərbaycan tezislərini irəli sürməyə nə vadar edir? Burada Ermənistan Respublikasının Ukraynadakı keçmiş səfiri Andranik Manukyanın ünvanına səsləndirilmiş bütün ifadələr tamamilə yalandır və Azərbaycan tərəfinin mövqeyini əks etdirir. Siz kimin dəyirmanına su tökürsünüz?”, - deyə Abovyan soruşub.

Abovyanın və “Çiçəklənən Ermənistan” partiyası üzvlərinin, xüsusilə də Qrant Madatyanın sözləri “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyanı özündən çıxarıb və o, yerindən qalxaraq onlara tərəf gedib.

“Çiçəklənən Ermənistan” partiyasının bəzi üzvləri, o cümlədən, Nair Zoqrabyan, Gevorq Petrosyan araya girərək söz atışmasının davaya çevrilməsinin qarşısını alıblar.

Parlamentin spikeri Ararat Mirzoyan öz növbəsində deputatları iclasın keçirilməsinə mane olmamağa və münasibətləri iclas zalından kənarda aydınlaşdırmağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri