17 
Yan
2019
15:42
54
250
11380
Virtual karabakh

Qar Türkiyəni əsir aldı: 48 kəndlə əlaqə kəsildi - FOTO

17 Yan, 2019
15:42
11380

Qar Türkiyəni əsir aldı: 48 kəndlə əlaqə kəsildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yağan güclü qar Bingöl bölgəsində 48 kəndlə əlaqənin tamamilə kəsilməsinə səbəb olub. 

Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bölgənin Karlıova rayonunda qarın qalınlığı iki metrə çatıb. 

Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb. Evlərə giriş-çıxışlar çətinləşib. Məktəblər tətilə buraxılıb. 

Sakinlərin sözlərinə görə, bölgədə 15 gündən çoxdur ki, güclü qar davam edir. 

Bildirilib ki, bəzi yerlərdə güclü külək müşahidə edilir. Sinoptiklər küləyin gücünün saatda 24 kilometrə çatdığını qeyd ediblər. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri