18 
Yan
2019
18:20
30
220
5022
Virtual karabakh

İndoneziyada qadın telefon şifrəsinə görə ərini yandırdı - FOTO

18 Yan, 2019
18:20
5022

İndoneziyada qadın telefon şifrəsinə görə ərini yandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyanın Şimali Yava əyalətində qadın öz ərini telefonun şifrəsini verməkdən imtina etdiyinə görə diri-diri yandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

İlham Kahyani həyat yoldaşı Dedi Purnamadan telefonun pin kodunu soruşub. Həmin anda evin damını təmir edən 26 yaşlı ər kodu deməkdən imtina edib. Onlar arasında münaqişə yaranıb, ər damdan enərək 25 yaşlı İ.Kahyanini vurub.

Qadın ona cavab verib və nəticədə, onlar dalaşıblar. Hirslənən qadın yaxınlıqdakı benzin qabını götürərək yanacağı ərinin üzərinə töküb və alışqanla onu yandırıb.

Yanğını görən Oci adlı kişi cütlüyə doğru qaçaraq kişini söndürməyə yardım edib. D.Purnama xəstəxanaya çatdırılsa da, iki gün sonra aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Qadın həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri