19 
Yan
2019
01:29
526
21
5358
Virtual karabakh

Fransada erməni mafiozlar həbs olundu

19 Yan, 2019
01:29
5358

Fransada erməni mafiozlar həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa polisi Avropol-un köməyi ilə iri mafiya qruplaşmasının 21 üzvünü həbs edib.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qruplaşma əsasən ermənilərdən ibarətdir.

Avropol-un bəyanatında bildirilir ki, Fransa ərazisində 27 evdə yoxlama aparılıb. Həbs edilənlər arasında qruplaşmada söz sahibi olan şəxslər var.

Əməliyyat zamanı 23 min avro, iki min qutu siqaret, 23 kiloqram tütün və müxtəlif növ odlu silah müsadirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri