19 
Yan
2019
09:10
23
180
3168
Virtual karabakh

Meksikada neft kəməri partlayıb: 20 ölü - VİDEO

19 Yan, 2019
09:10
3168

Meksikada neft kəməri partlayıb: 20 ölü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın mərkəzi bölgəsində yerləşən Tlahuelilpan şəhərindən keçən neft kəmərində güclü partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Hidalqo ştatının qubernatoru Ömər Fayadın sözlərinə görə, boru xəttində neft sızmasından xəbər tutan yerli sakinlər əraziyə axışıb və bir müddətdən sonra alışmadan partlayış və güclü yanğın baş verib.

Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara 44 nəfər çatdırılıb. Yerli telekanalın yaydığı görüntüdə Tula neft emalı zavodu yaxınlığından keçən boru xətti üzərində yüksək alovun qalxdığını görmək olur.

Sızmanın hansı səbəbə baş verdiyi hələ ki, aydınlaşdırılmayıb.

Qeyd edək ki, Meksikanın dövlət neft şirkəti olan “Pemeks” belə bir texnogen fəlakətlə ilk dəfə deyil ki üzləşir. 2013-cü ildə Mexikodakı qərargahında baş verən partlayışda 37 nəfər, 2012-ci ildə isə onun qaz istehsalı müəssisəsində baş verən yanğında isə 26 nəfər həlak olmuşdu.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri