19 
Yan
2019
10:31
46
121
3494
Virtual karabakh

Balidə turistlərdən vergi tutulacaq

19 Yan, 2019
10:31
3494

Balidə turistlərdən vergi tutulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın gələcəkdə İndoneziyanın Bali adasına istirahətə gəlmiş turistlər 10 dollar vergi ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, bu haqda “Straitstimes.com” məlumat yayıb. 

İndoneziya hökuməti bu yolla yığılan pulları ətraf mühitin və mədəni irsin mühafizəsi ilə bağlı proqramların maliyyələşdirilməsinə yönəltmək fikrindədir.

 Müvafiq qanun layihəsi artıq yerli parlamentin baxılmasına çıxarılacaq.

Hələlik ödəniş forması sual altında qalır: vergilər ya turistlərin aldığı biletlərdən çıxılacaq, ya da onlardan bu məbləğ aeroporta və dəniz limanlarına daxil olan zaman alınacaq.

Qeyd edək ki, vergi ancaq xarici turistlərə şamil olunacaq. Bali adasına başlıca olaraq Çin və Avstraliya vətəndaşları baş çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri