19 
Yan
2019
11:41
33
60
2944
Virtual karabakh

AŞPA-nın yeni rəhbərliyi seçiləcək

19 Yan, 2019
11:41
2944

AŞPA-nın yeni rəhbərliyi seçiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) Avropa Şurası Parlament Asssambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. 

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova Naqif Həmzəyev daxildirlər.

Qış sessiyası yanvarın 21-də işə başlayacaq və 5 gün davam edəcək. 

Öncə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. 

Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək.

AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.

Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə “AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq. 

Deputatlarımız da müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər. 

Səfər yanvarın 27-də başa çatacaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri