21 
Yan
2019
09:52
155
53
8915
Virtual karabakh

Öküz dünyanın ən yaxşı matadorlarından birini öldürdü - VİDEO

21 Yan, 2019
09:52
8915

Öküz dünyanın ən yaxşı matadorlarından birini öldürdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yarış zamanı dünyanın ən yaxşı matadorlarından biri ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “CBS Denver” məlumat yayıb.

25 yaşlı Meyson Lounun ölümü haqqında məlumatı Peşəkar Öküz Matadorları (Professional Bull Riders) təşkilatının başçısı Şon Qlison “Twitter” üzərindən paylaşıb. Bədbəxt hadisə Kolorado ştatının Denver şəhərində rodeo yarışı zamanı baş verib.

Şahidlərin sözlərinə görə, öküz matadoru yerə yıxa bilib. M.Lou yerdən qalxan zaman öküz arxa ətrafları ilə onun döş qəfəsinə zərbə endirib. Matador ayağa qalxıb, çıxış qapısına doğru bir neçə addım atıb və yenidən sinəsini tutaraq yıxılıb. Onu arenadan xərəkdə aparıblar.

M.Lou yeddi ildir ki, rodeo ilə məşğul olurdu və peşəkar matadorların siyahısında 20-ci yeri tuturdu. Son mövsümdəki çıxışı zamanı o, yarışların 70 faizində qələbə qazanıb.

Öküz üstündə rodeo ən təhlükəli rodeo növü hesab olunur. Qalib gəlmək üçün öküzün üzərində bir kəndirdən tutaraq səkkiz saniyə ərzində yerə düşməmək tələb olunur. Kəndir öküzə bərkidilir, bir ucu isə matadorun əlinə dolanır.

Peşəkar matadorlar təşkilatı ABŞ, Kanada, Meksika, Braziliya, Avstraliya və Yeni Zelandiyadan olan 1,2 min nəfərdən çox matadoru birləşdirir.

2017-ci ildə Avstraliyanın Rokqempton şəhərində dünya reytinqində 35-ci yeri tutan matador Roen Markhem öküzdən yıxılaraq ağır zədələr alıb. Öküzün onun qarnına zərbə vurması nəticəsində Markhemin qaraciyəri və mədəaltı vəzisi zədə alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri