21 
Yan
2019
11:31
454
26
4651
Virtual karabakh

Kəlbəcərdə qəza: üç erməni öldü

21 Yan, 2019
11:31
4651

Kəlbəcərdə qəza: üç erməni öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç erməni ölüb.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qəza yanvarın 20-də, saat 22:07-də Kəlbəcər şəhərindən Tsar kəndinə aparan yolun 12-ci kilometrliyində baş verib.

Sürücü O.Q.-nın idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb və çaya düşüb. Sürücü və onun iki sərnişini, həmin kəndin sakinləri A.İ.E.A. hadisə yerində ölüblər.

A.T. adlı daha bir sərnişin isə müxtəlif bədən zədələri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri