22 
Yan
2019
01:51
90
22
9098
Virtual karabakh

Zelenski seçki kampaniyasına pulu kimdən aldığını açıqladı

22 Yan, 2019
01:51
9098

Zelenski seçki kampaniyasına pulu kimdən aldığını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı şoumen və aktyor Vladimir Zelenski seçki kampaniyasını özünün və dostlarının köməyilə maliyyələşdirdiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, bunu “Ukrainskaya pravda” nəşrinə müsahibəsində deyib.

Bununla belə Zelenski nə qədər pul xərclədiyini açıqlamayıb.

“Biz özümüz etmişik. Təkcə mənim cibimdən yox. Allaha şükürlər olsun ki, mənim dostlarım var”, - o deyib.

Zelenski seçki kampaniyasının “1+1” telekanalının sahibi, iş adamı İqor Kolomoyski tərəfindən maliyyələşdirilməsinə dair məlumatları da təkzib edib. Aktyor bildirib ki, onunla Kolomoyskini yalnız işgüzar münasibətlər birləşdirir. Zelenski telekanal sahibini “strateji tərəfdaş” da adlandırıb.  

“1+1” telekanalı kim olduğumu və nə işlə məşğul olduğumu, pullarımı hansı yolla qazandığımı çox gözəl bilir. Mən heç nəyi gizlətmirəm”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri