22 
Yan
2019
01:01
29
426
14062
Virtual karabakh

Kerç boğazında iki gəmi yanır, ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB + VİDEO

22 Yan, 2019
01:01
14062

Kerç boğazında iki gəmi yanır, ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kerç boğazında gəmilərdə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Rosmorreçflot”un mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, daha beş nəfərin taleyi məlum deyil.

Yanğın baş vermiş gəmilərdə maye qaz daşınırdı. Yanğın davam etdiyindən partlayış təhlükəsi qalmaqdadır.

23.54

Kerç boğazında iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Rosmorreçflot” məlumat yayıb.

Bildirilir ki, xilasedicilər sudan 11 nəfərin meyitini çıxarıblar. 12 dənizçinin həyatı xilas edilib.

21.39

Kerç boğazında iki gəmidə baş vermiş yanğın nəticəsində doqquz nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Rosmorreçflot”un mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Gəmilərdə olan ekipaj üzvlərinin əksəriyyəti Hindistan və Türkiyə vətəndaşlarıdır.

20.53

Kerç boğazında iki gəmidə yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Tanzaniya bayrağı altında üzən gəmilərdə müvafiq olaraq 17 və 14 nəfər var.

Bildirilir ki, onlar Hindistan və Türkiyə vətəndaşıdır. 

Xilasedicilər ölən dənizçinin meyitini sudan çıxarıblar. Üç nəfərin həyatını xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatına 10-dək gəmi cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri