22 
Yan
2019
14:58
47
24
1154
Virtual karabakh

2018-ci il dünya turizmi üçün ən uğurlu il olub

Ötən il bütün dünya üzrə 1,4 milyard beynəlxalq səyahət həyata keçirilib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 6 faiz çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb.  

2018-ci ilin göstəricisi dünya turizmində son səkkiz il ərzində yüksək göstərici olub. UNWTO proqnozlarına əsasən, təşkilat bu rəqəmlərin ən tezi 2020-ci ildə qeydə alınacağına ümid edirdi. Sonuncu dəfə belə yüksək nəticə 2010-cu ildə qeydə alınıb.

Yaxın Şərq ölkələrinə səyahətlər 10 faiz, Afrika regionuna səyahət 7 faiz, Asiya-Sakit okean regionuna səyahət 6 faiz çoxalıb.

Avropada olan xarici turistlərin sayı 2018-ci ildə 713 milyon nəfərə çatıb. Asiya-Sakit okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika regionunda 217 milyon xarici turist qeydə alınıb.

“Turizm sektorunun yüksəlişi son illər iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən olub. 2019-cu ildə UNWTO əsas diqqəti təhsilə və iş yerlərinin yaradılmasına yönəldəcək”, - deyə UNWTO baş katibi Zurab Pololikaşvili söyləyib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri