23 
Yan
2019
10:04
7
98
2200
Virtual karabakh

Meksika qətllərin sayına görə rekord qırdı

23 Yan, 2019
10:04
2200

Meksika qətllərin sayına görə rekord qırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksika 2018-ci ildə ölkədə törədilən qətllərin sayına görə rekord qırıb. 

Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, bununla bağlı təhlükəsizlik və vətəndaş mühafizəsi üzrə sekretariatın hesabatında məlumat verilib. 

İl ərzində ölkədə 33 min 341 qətl qeydə alınıb. Bu, statistikanın hesablanmağa başlamasından bəri ən maksimal göstəricidir. 2017-ci ildə bu rəqəm 15 faiz az, yəni 28 866 olub. Qadınların qadın olduğu üçün öldürülmə halları artıb. Əgər 2017-ci ildə bu cür qətllərin sayı 759 olubsa, ötən il bu rəqəm 861-ə çatıb.

Qeyd edilib ki, bir çox cinayətlər narkokartellər tərəfindən törədilib. Onlar ərazilərə nəzarət üstündə döyüşürlər, 2006-cı ildən isə hökumət onlarla mübarizə aparır. 

İl Meksikada jurnalistlər üçün də xoşagəlməz olub: 10 reportyor öldürülüb. Bundan başqa, 2019-cu ildə artıq bir müxbir də həyatını itirib. 34 yaşlı Rafael Murua Manrikes yanvarın 19-da itkin düşmüş elan edilib, növbəti gün isə onun cəsədi aşkar edilib.

CNN qeyd edib ki, Murua şəxsi bloqunda bəzi materialların dərc olunmasından sonra təhdid edildiyini yazmışdı. Hazırda faktla bağlı araşdırmalar aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri