23 
Yan
2019
13:49
29
156
8657
Virtual karabakh

Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi - FOTO

23 Yan, 2019
13:49
8657

Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Şropşir qraflığının Maç-Venkok şəhərindən olan heyvan haqları müdafiəçiləri stressdən tikanları tökülən “Ayı” adlı gənc kirpinin qeydinə qalır.

Oxu.Az xəbər verir ki, “Cuan Wildlife Rescue” heyvanların qorunması mərkəzinin meneceri  Fren Hil belə halla ilk dəfə qarşılaşdıqlarını deyib.

“Mən “Cuan”da artıq 10 ilə yaxındır işləyirəm, bu vaxt ərzində altı-yeddi keçəl kirpi rastıma çıxıb, ancaq vəziyyət bu qədər pis olmayıb. Həmin kirpilər 65-70 faiz tikandan məhrum olmuşdusa, “Ayı” tikanlarının təxminən 97 faizini itirib”, - deyə Fren Hil bildirib.

Kirpi donub, aclıqda və susuzluqdan əziyyət çəkib. Adətən, oktyabr ayında bu heyvanlar qış yuxusuna gedir və aprel ayında oyanaraq yuvalarından çıxırlar. Yəni əsas şərt temperaturun 15 dərəcəyə qədər yüksəlməsidir.

“Qabağına pişik yemi qoyduq, yedi, üstündən isə düz dörd dəqiqə su içdi”, - deyə mərkəzin meneceri bildirib.

Mərkəzin əməkdaşları əmindir ki, “Ayı”nı onun qulağına düşən gənələr oyadıb. Parazitlərə, vaxtından əvvəl oyandığına, soyuğa və keçirdiyi stressə görə kirpinin tikanları tökülməyə başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri