23 
Yan
2019
11:37
21
227
2090
Virtual karabakh

Rusiyada qadın “donuz qripi”ndən öldü

23 Yan, 2019
11:37
2090

Rusiyada qadın “donuz qripi”ndən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novqorod vilayətindəki xəstəxanalardan birində qadın “donuz qripi”ndən ölüb. Bununla bağlı regionun baş infeksionisti Svetlana Kalaç məlumat verib. 

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, qadın xəstəliyin səkkizinci günündə ağır vəziyyətdə xəstəxanaya müraciət edib.

“Qadın dərhal reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o ölüb”, - S.Kalaç bildirib. İlkin ehtimallara görə, ölümə səbəb AH1N1 virusu və pnevmoniya olub. 

Məlumatlara görə, vilayətdə “donuz qripi”nə yoluxma halı dörd nəfərdə - iki uşaq və iki böyükdə aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri