23 
Yan
2019
10:22
170
34
2866
Virtual karabakh

Suriya Təl-Əvivi hədələdi

23 Yan, 2019
10:22
2866

Suriya Təl-Əvivi hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya Təl-Əviv aeroportuna zərbə endirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Əl-Cəfəri açıqlama verib.

Diplomat bildirib ki, İsrail müdafiə qüvvələrinin Dəməşq beynəlxalq aeroportuna zərbələr endirməsindən sonra ölkənin müdafiə olunmağa və cavab olaraq Təl-Əviv aeroportuna atəş açmaya tam ixtiyarı var.

Cəfəri vurğulayıb ki, Təl-Əviv aeroportunun vurulmaması üçün BMT Təhlükəsizlik Şurası İsrailə qarşı qətnamə qəbul etməlidir.

Xatırladaq ki, yanvarın 21-də İsrail hərbi hava qüvvələri Suriya ərazisinə üç raket zərbəsi endirib.

Aviareydin hədəfi Dəməşqdə beynəlxalq aeroportun ərazisində olan silah-sursat anbarı və İrana aid digər hərbi obyektlər, həmçinin, Suriya ordusunun HHM kompleksləri  olub.

Nəticədə, Suriya ordusunun dörd hərbçisi həlak olub, altı nəfər yaralanıb. Aeroportun infrastrukturuna ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri