23 
Yan
2019
20:02
70
48
6134
Virtual karabakh

NATO-dan Gürcüstanla bağlı bəyanat

23 Yan, 2019
20:02
6134

NATO-dan Gürcüstanla bağlı bəyanat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO baş katibi Yens Stoltenberq martda Gürcüstana səfər edəcək.

Oxu.Az xəbər verir ki, o, bunu Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi brifinqdə bəyan edib. 

Stoltenberq bildirib ki, səfər zamanı birgə təlimlərə baş çəkəcək, habelə Gürcüstan rəsmiləri ilə tərəfdaşlıq haqqında müzakirələr aparacaq. 

Gürcüstanın alyansa qəbuluna gəldikdə isə baş katib qeyd edib ki, bununla bağlı Gürcüstan və NATO qərar verməlidir: 

“Bu prosesə heç kimin müdaxilə etmək ixtiyarı yoxdur. Gürcüstan alyansın unikal tərəfdaşıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri