24 
Yan
2019
09:22
61
95
2905
Virtual karabakh

ABŞ-da banka silahlı basqın: beş ölü

24 Yan, 2019
09:22
2905

ABŞ-da banka silahlı basqın: beş ölü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatında silahlı şəxs bankda beş nəfəri qətlə yetirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “BBC” məlumat yayıb.

Məlumata əsasən, silahlı Serbinq qəsəbəsində yerləşən “SunTrust” bankından polis bölməsinə zəng edərək bu haqda onları könüllü şəkildə məlumatlandırıb.

Cinayəti törədən şəxs 21 yaşlı Zefen Havyerdir. Bankın filialına daxil olduqdan sonra orada barrikada qurub. İçəridə olan insanları yerə uzanmağa vadar edib və atəş açmağa başlayıb.

SWAT taktiki xüsusi təyinatlı polis dəstəsinin banka daxil olmasından sonra silahlı təslim olub.

Cinayətin motivləri hələlik müəyyən edilməyib. Polis idarəsi hadisə vaxtı bankda cəmi beş nəfərin olduğunu bildirib.

İnsidentlə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri