25 
Yan
2019
11:25
29
58
4019
Virtual karabakh

Malayziya kralı uğrunda taxtdan imtina etdiyi “Miss Moskva” ilə boşanmır

25 Yan, 2019
11:25
4019

Malayziya kralı uğrunda taxtdan imtina etdiyi “Miss Moskva” ilə boşanmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Miss Moskva-2015” tituluna sahib Oksana Voyevodinanın mətbuat katibi onun uğrunda taxtdan imtina etmiş Malayziya kralı ilə boşanmaları haqqında KİV-də yayılan məlumatı təkzib edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.

Mariya Şaxovanın bildirdiyinə görə, 25 yaşlı rus gözəlin 49 yaşlı Tuanku V Sultan Məhəmmədlə boşanması xəbəri heç kim tərəfindən yoxlanılmayıb.

“Hamı “Telegram” kanalına istinad edir və orada bu boşanma xəbəri “belə deyirlər” kimi təqdim olunub. Kim deyir, harada deyir? Bəlkə, bu haqda divarlarda yazıblar?”, - deyə o bildirib.

Xatırladaq ki, dəbdəbəli toy mərasimi noyabrın 22-də Rusiyanın paytaxtında “Barvixa” zalında baş tutub. Mərasim rus adətləri ilə keçirilib, lakin spirtli içki verilməyib, gəlin isə toyun gedişində gəlinlik paltarını hicabla əvəz edib. Bəzi məlumatlara görə, o, həm də İslamı qəbul edib və müsəlman adı olan Rihana adını götürüb.

Kral və qalmaqallı realiti-şouda iştirakı ilə də tanınmış gözəllik yarışmasının qalibi il yarım əvvəl Avropada saat sərgisində tanış olublar və O.Voyevodina sərgidə stend yanında məhsul reklam edirmiş.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri