29 
Yan
2019
07:29
18
383
7923
Virtual karabakh

Yaponiyalı dişi tarakana aşiq oldu və onu yedi - VİDEO

29 Yan, 2019
07:29
7923

Yaponiyalı dişi tarakana aşiq oldu və onu yedi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyadan olan Yuta Şinoxara dişi tarakanla olan eşq macərası haqqında danışıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, bu əhvalatı “Sora News” xəbər portalı paylaşıb.

Y.Şinoxara uşaqlıqdan həşəratları yeməyi sevib, lakin bunu dost-tanışdan gizlədib. Həşəratların qida mənbəyi kimi faydalı olduğu haqqında BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının 2013-cü ildəki hesabatından sonra o, vərdişindən utanmamağa başlayıb.

İndi Y.Şinoxara öz yeməkxanasında işıldaquşlardan yemək hazırlayır. Onun həşəratlardan hazırlanmış ramenini yeddi min nəfərdən artıq insan dadıb. Hər bir porsiyaya təqribən yüzə yaxın işıldaquş sərf olunur.

Y.Şinoxara asudə vaxtlarını açıq havada keçirməyə üstünlük verir. O, sevimli ağacında yatmağı çox xoşlayır.

Y.Şinoxara Afrikadan sifariş etdiyi Liza adlı dişi tarakanla bir il eşq macərası yaşayıb. O, etiraf edib ki, tez-tez onunla danışdığını təsəvvür edib və ona çox bağlı olub. Sevgilisi öldükdən sonra yaponiyalı “daima onunla bir yerdə olmaq üçün” onu yeyib. Y.Şinoxara əlavə edib ki, bəzən həşəratla seks haqqında xəyallar qurub. O, həşəratın insan ölçülərinə qədər böyüdüyünü və ya özünün kiçildiyini təsəvvür edib.

Y.Şinoxara həyatının əsas məqsədini həşəratlardan ibarət yeməkləri bütün Yaponiyada yaymaqda görür. Ölkədə işıldaquş və tarakanlardan hazırlanmış yeməkləri artıq ixtisaslaşdırılmış restoranlardan və satış avtomatlarından əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri