Fev
2019
23:43
110
33
3735
Virtual karabakh

“Bloomberg”: Kreml Maduronun gələcəyinə artıq şübhə edir

6 Fev, 2019
23:43
3735

“Bloomberg”: Kreml Maduronun gələcəyinə artıq şübhə edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya rəhbərliyi Venesuela prezidenti Nikolas Maduro rejiminin gələcəyinə şübhə ilə yanaşmağa başlayır.

Bu barədə “Bloomberg”in Kremlə yaxın iki mənbəyə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Moskvada Venesuela iqtisadiyyatının katastrofik durumunun vətəndaşların Maduroya etimadını heçə endirdiyini anlamağa başlayırlar. Bundan əlavə Maduro hərbi resursu da itirə bilər, çünki ordu etirazçılara qarşı güc tətbiq etməyə hazır deyil.

Həmçinin Kremldə anlayırlar ki, Venesueladakı duruma təsir rıçaqları azalıb. Bu ölkədə iqtisadi böhran elə dərindir ki, Moskvanın vəziyyəti düzəltmək üçün maliyyə imkanları yoxdur. Hərbi dəstək isə Venesuelanın coğrafi baxımdan uzaqda yerləşməsi üzündən mümkün deyil.

Zamanın Maduronun xeyrinə işləmədiyini Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədr müavini Vladimir Cabbarov da etiraf edir. O, “Bloomberg” agentliyinə açıqlamasında bildirib ki, iqtisadi böhranın dərinləşəcəyi halda cəmiyyətdə hökm sürən əhval-ruhiyyə qəflətən Maduroya qarşı çevrilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri