9 
Fev
2019
09:11
23
74
1843
yuxarı
Tramp Kim Çen Inla görüş yerini açıqladı
9 Fev, 2019
09:11
1843
23
74
Tramp Kim Çen Inla görüş yerini açıqladı
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş Hanoy şəhərində keçiriləcək .
Bu haqda Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində açıqlama verib.
Onun sözlərinə görə, KXDR-ə göndərdiyi nümayəndələr məhsuldar danışıqların yekunu olaraq ikinci ABŞ-Şimali Koreya sammitinin yeri və vaxtı ilə bağlı qarşı tərəflə razılığa gəlib.
“Prezident Kimlə görüşü və sülh prosesinin tərəqqisini səbirsizliklə gözləyirəm”, - deyə Tramp yazıb.
Bundan əvvəl ABŞ KİV-də Donald Tramp və Kim Çen In arasında görüşün 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcəyi xəbəri yayılmışdı.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək