Fev
2019
09:31
178
94
4021
Virtual karabakh

Amerikalı admiral Rusiyaya hücum etməyə çağırdı

9 Fev, 2019
09:31
4021

Amerikalı admiral Rusiyaya hücum etməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatları komandanı admiral Con Riçardson ölkə rəhbərliyini Rusiya və Çinə hücum etməyə çağırıb.

Bu haqda “The Business Insider” məlumat yayıb.

Riçardsonun sözlərinə görə, Rusiya və Çin öz hərbi donanmalarından “torpaqların, dənizlərin və hakimiyyətin zəbt olunması məqsədilə aqressiv şəkildə bəhrələnir, ona görə də, birinci zərbəni məhz ABŞ tərəfi endirməlidir.

Riçardson tolerantlıq, diplomatiya və beynəlxalq hüquqlara riayət olunmasının tərəfdarı olduğunu bildirsə də, qarşı tərəfin razılaşmaları pozacağı təqdirdə, Birləşmiş Ştatları “ilk addımı atmağa” və “düşmənin öhdəsindən gəlməyə” çağırıb.

Xatırladaq ki, fevralın 7-də Rusiya Vaşinqtonun Orta və Kiçik mənzilli raketlərin ləğv olunması müqaviləsinin şərtlərini yerinə yetirməsi üçün ölkənin Mk-41 idarəolunan raketlərini, hədəf-raketlərini və zərbəçi hərbi dronlarını istismardan çıxarmasını təklif edib. ABŞ tərəfi buna cavabında həmin silahların müqavilənin şərtlərini pozmadığını bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri