11 
Fev
2019
09:09
13
71
1361
Virtual karabakh

Pentaqon rəhbəri Əfqanıstana getdi

11 Fev, 2019
09:09
1361

Pentaqon rəhbəri Əfqanıstana getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan qabaqcadan elan etmədən Əfqanıstana səfər edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına əsasən, amerikalı hərbçi “Taliban” qruplaşmasının nümayəndələri ilə sülh danışıqları fonunda Əfqanıstandakı ABŞ hərbi komandanlığı ilə görüşmək niyyətində olub.

Müvəqqəti Pentaqon rəhbərinin səfərdən əvvəl verdiyi bəyanata əsasən, Əfqanıstan öz gələcək müqəddəratını, o cümlədən, taliblərlə münasibətlərin aqibətini özü müəyyən etməlidir.

Şanahan mətbuatda yayılan xəbərlərə münasibət bildirərək, ABŞ-ın Əfqanıstandakı şəxsi heyətinin ixtisarı ilə bağlı Ağ Evdən hər hansı göstərişin daxil olmadığını söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri