12 
Fev
2019
14:13
116
41
4261
Virtual karabakh

Paşinyan yeni inqilabın başladığını elan etdi

12 Fev, 2019
14:13
4261

Paşinyan yeni inqilabın başladığını elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda ümumxalq iqtisadi inqilabı başlanılıb.

“Sputnik-Armeniya”nın yaydığı məlumata görə, bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə hökumət proqramını təqdim edən zaman səsləndirib.

Paşinyan bildirib ki, Ermənistan bir daha kriminal-oliqarx idarəçilik sisteminə qayıtmayacaq.  

“Yaxın zamanda, vətəni kriminal-oliqarx və korrupsiyaçı idarəetmə sisteminin sonuncu batsillərindən (çöpşəkilli mikrob – red.) təmizləməliyik”, - Paşinyan söyləyib.

Paşinyan ölkəsində çoxsaylı problemlərin olduğunu etiraf edərək, onların çözümünün hökumətin əsas prioriteti olduğunu vurğulayıb.

O, dekabrda keçirilən parlament seçkilərinə toxunaraq, belə bir seçkinin Ermənistan üçün mislinin olmadığını, belə ki, nəticələrinin heç kimdə şübhə oyatmadığını dilə gətirib.

Paşinyanın sözlərinə görə, o, təkcə ona səs verənlərin deyil, ölkənin bütün vətəndaşlarının prezidentidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri