14 
Fev
2019
21:33
145
44
5970
Virtual karabakh

Putindən ABŞ-a önəmli mesaj

14 Fev, 2019
21:33
5970

Putindən ABŞ-a önəmli mesaj

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Moskva, Ankara və Tehranın ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsindəki mövqeyini ifadə edib.

RİA “Novosti”nin məlumatına görə, Rusiya, Türkiyə və İran liderlərinin sammitinin yekunlarına dair keçirilən brifinqdə Putin bildirib ki, üç ölkə ABŞ qoşunlarının Suriyadan çıxarılacağına ümid edir və bu ərazilərin hökumət qoşunlarının nəzarətinə verilməsini yeganə doğru qərar hesab edir.

O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada konstitusiya komitəsinin yaradılması ilə bağlı səylərini qeyd edib. Putin bildirib ki, bu istiqamətdə irəliləyiş əldə olunub və yaxın zamanlarda komitənin tərkibi ilə bağlı yekun nəticəni açıqlamaq mümkün olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri