15 
Fev
2019
00:20
106
68
4084
Virtual karabakh

Putinin imzası olan köhnə maşın 20 min avroya satıldı

15 Fev, 2019
00:20
4084

Putinin imzası olan köhnə maşın 20 min avroya satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyanada keçirilən hərracda Avstriya xarici işlər naziri Karin Knayslın toy kabrioleti satılıb.

Kurier nəşrinin yazdığına görə, “Volkswagen Beetle” markalı avtomobilin banında Knayslın toyunda iştirak edən tanınmış qonaqların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin imzası var.

Avtomobil 20 min avroya satılıb. Onu alan şəxs adının açıqlanmasını istəməyib.

Bildirilir ki, avtomobilin satışından əldə olunan vəsait xeyriyyə məqsədi ilə xərclənəcək.

Xatırladaq ki, K. Knayslın iş adamı Volfqanq Maylinqerlə toyu ötən ilin avqust ayında baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri